UFC yüngül çəki dərəcəsi üzrə yenilənmiş reytinq cədvəlini təqdim edib.

Offsideplus.az xəbər verir ki, açıqlanan son siyahı Azərbaycan idmanı üçün tarixi nailiyyətlə əlamətdar olub. İlk dəfə iki təmsilçimiz eyni vaxtda dünyanın en nüfuzlu döyüş təşkilatının ilk "15-lik" reytinqində yer alıb.

Son döyüşündə inamlı qələbə qazanan Tofiq Musayev reytinq pilləkənində irəliləyərək 14-cü sıraya yüksəlib. Digər təmsilçimiz Rafael Fiziyev isə yüngül çəki dərəcəsində 13-cü pillədə qərarlaşıb.

Bununla da hər iki idmançımız dünyanın ən güclü yüngül çəkili döyüşçüləri sırasındakı mövqelərini daha da möhkəmləndiriblər.