"Real Madrid" Yan Diomandenin "Leypsiq"dən transferini mümkün qədər tez yekunlaşdırmağa çalışır.

Offsideplus.az xəbər verir ki, tərəflər yaxın vaxtlarda yeni danışıqlar raundu keçirəcək. Madrid klubu Diomandenin tezliklə tibbi müayinədən keçməsini və "Leypsiq"in Avstriyadakı təlim-məşq toplanışına qatılmamasını istəyir. Məlumata görə, danışıqlarda müsbət dinamika müşahidə olunur və qarşıdakı 24 saat mümkün transfer üçün həlledici ola bilər. Ekspertlər bu keçidə "here we go" desələr də, hələlik razılaşma tam təsdiqlənməyib və transfer qeyri-müəyyən olaraq qalır.