"Karvan-Yevlax"dan ayrılan Elvin Yunuszadə karyerasını Türkiyədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Boluspor" təcrübəli müdafiəçini heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, "Boluspor" Türkiyə I Liqasında mübarizə aparır.


