İspaniyalı yarımmüdafiəçi Rodri 'Barselona'ya transfer olmaqda maraqlı deyil.
Offsideplus.az xəbər verir ki, daha əvvəl 'Barselona' Rodri üçün danışıqlara başlamağa hazır olduğunu bildirmişdi. Lakin futbolçu klub nümayəndələrinə yalnız 'Real Madrid'ə keçmək istədiyini çatdırıb. Eyni səbəbdən 'PSJ' və 'Bavariya Münhen' də Rodri ilə müqavilə imzalamaqdan imtina edib.
Məlumata görə, 'Real Madrid' Rodrinin transferini reallaşdırmaq şanslarını yüksək qiymətləndirir. 'Mançester Siti' oyunçunu 75 milyon avroya dəyərləndirsə də, Madrid klubu transferi 60 milyon avroya yaxın məbləğə həll etməyi planlaşdırır.


