"Filadelfiya Seventi Siksers"in müdafiəçisi Tayriz Maksi gələcəkdə demək olar ki, 400 milyon dollar dəyərində müqavilə imzalamaq imkanı əldə edə bilər.

Offsideplus.az xəbər verir ki, Maksi 2025/26 mövsümünün yekununda NBA-nın rəmzi yığmalarından birinə seçilib. Lakin bu yay liqadakı təcrübəsi kifayət etmədiyinə görə supermaksimal müqavilə imzalamaq hüququ olmayıb. 2027-ci ilin yayında Maksi All-NBA heyətinə yenidən düşərsə, MVP seçilərsə və ya mövsümün ən yaxşı müdafiəçisi adına layiq görülərsə, dörd il üçün 301 milyon dollarlıq müqavilə uzatmasına iddia edə bilər. Bir il sonra isə bu məbləğ potensial olaraq 389 milyon dollara qədər arta bilər.