İngiltərənin "Çelsi" klubu İspaniya təmsilçisi "Rayo Valyekano"nun sol cinah müdafiəçisi Pep Çavarriyanın transferi üzrə razılıq əldə etmək üzrədir.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi futbolçu ilə şəxsi müqavilənin şərtlərini artıq tam razılaşdırıb.

Həmçinin, "Rayo Valyekano" klubunun yaxın vaxtlarda müdafiəçiyə tibbi müayinədən keçmək üçün rəsmi icazə verəcəyi gözlənilir. Transferin rəsmiləşməsi an məsələsidir.