Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubundan ayrıldıqdan sonra azad agent olan Frank Kessye karerasını İtaliyada — "Yuventus" heyətində davam etdirməyə üstünlük verir.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanından və digər regionlardan maliyyə cəhətdən daha sərfəli variantlar almasına baxmayaraq, 29 yaşlı yarımmüdafiəçi üçün əsas prioritet Turin nəhənginə keçməkdir. Kessye "Yuventus"un orta sahə layihəsinə mükəmməl uyğunlaşacağını düşünür və İtaliya klubunun rəsmi addımını gözləyir.

  • Texniki heyət razıdır: "Yuventus" rəhbərliyi və məşqçilər korpusu təcrübəli futbolçunun fiziki və texniki keyfiyyətlərini yüksək qiymətləndirir, onunla təmasları davam etdirir.

  • Maaş yükü azaldılmalıdır: Danışıqların rəsmiləşdirilməsi üçün ana maneə futbolçunun yüksək maaş tələbidir. Turin təmsilçisi Kessyeyə müqavilə təklif edə bilmək üçün öncə mövcud heyətdəki bəzi yüksək maaşlı yarımmüdafiəçilərlə yolları ayırmalı və komandanın ümumi maaş büdcəsini tənzimləməlidir.