Trabzonspor klubu "Liverpul"dan ayrılan dünyaca məşhur misirli ulduz Məhəmməd Salahın transferini yekunlaşdırır. 

Offsideplus.az xəbər verir ki, Qara dəniz təmsilçisi təcrübəli sağ kanat oyunçusu ilə 2 mövsümlük ön müqavilə imzalayıb.  

​Misirli ulduzun çərşənbə günü saat 12:00-da Trabzona gələcəyi bildirilir.

​Bordo-mavililərin bu nəhəng keçid üçün ayırdığı büdcənin təfərrüatları da dəqiqləşib:  

  • İmza pulu: 5 milyon avro
  • ​Mövsümlük zəmanətli maaş: 17 milyon avro (2 mövsüm üçün toplam 34 milyon avro)
  • Forma satışından pay: Razılaşmaya əsasən, satılacaq Muhammed Salah formalarının gəlirindən 25%-lik pay futbolçunun hesabına köçürüləcək.