"Arsenal" rəhbərliyi "Nyukasl Yunayted"in braziliyalı mərkəz yarımmüdafiəçisi Bruno Qimaraeşin transferini bitirməyə çox yaxındır.
Offsideplus.az xəbər verir ki, London klubu ilə "Nyukasl Yunayted" arasında aparılan danışıqlarda tam razılığın əldə olunmasına çox az qalıb. Danışıqlarda iştirak edən bütün tərəflər transferin tez bir zamanda yekunlaşmasında maraqlıdır.
Braziliya millisinin de şərəfini qoruyan ulduz futbolçunun "Arsenal"a keçidinin qısa müddət ərzində rəsmən elan ediləcəyi gözlənilir.


