Avropanın ən mötəbər klub turniri olan UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə zəfər çalmağa əsas namizəd sayılan TOP-5 klubun adları bəlli olub.

Offsideplus.az xəbər verir ki, mütəxəssislərin və analitiklərin qiymətləndirməsinə əsasən, siyahıya son çempion "Pari Sen-Jermen" liderlik edir. Siyahıda sonrakı yerləri müvafiq olaraq İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları bölüşür.

Kuboku qazanmaq şansı ən yüksək olan komandaların siyahısı və faiz göstəriciləri aşağıdakı kimidir:

  1. "Pari Sen-Jermen" — 15%

  2. "Real Madrid" — 14%

  3. "Bavariya" — 14%

  4. "Arsenal" — 13%

  5. "Mançester Siti" — 13%