"Monako" klubu növbəti mövsüm AvroKubokda (EuroCup) iştirakını təsdiqləyə bilməsə, onun yerini "Hamburq" tuta bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə almaniyalı jurnalist Rupert Fabig məlumat yayıb.

Bildirilir ki, "Monako"nun maliyyə problemləri səbəbindən 2026/27 mövsümündə turnirdə iştirakı sual altındadır.

Onlar artıq Avroliqadakı (Euroleague) yerini "Beşiktaş"a itirib və indi AvroKubokda da eyni aqibətlə üzləşə bilər.

Klubun yeni sahibi, keçmiş NBA oyunçusu Camal Meşbern olsa da, "Monako" hələ Fransa çempionatında iştirak üçün də son təsdiqi almayıb.

Əgər klub bütün tələbləri yerinə yetirə bilməsə, "Hamburq" AvroKuboka qayıda bilər.