"Real Madrid" klubuna keçməyə yaxın olduğu bildirilən Rodri üçün Avropadan daha bir namizəd çıxıb.

Offsideplus.az xəbər verir ki, Almaniyanın "Bayern" klubu "Mançester Siti"nin mərkəz yarımmüdafiəçisini transfer etmək yarışına daxil olub.

Münhen təmsilçisinin bu yay transfer pəncərəsində ispaniyalı ulduz futbolçunu heyətinə qatmaq niyyətində olduğu bildirilir. Almaniya klubunun rəhbərliyi təcrübəli yarımmüdafiəçinin keçidi üçün müvafiq addımlar atmağa hazırlaşır.

İspaniya millisinin də aparıcı üzvü olan Rodri üçün transfer mübarizəsinin gərgin keçəcəyi gözlənilir.