İspaniya təmsilçisi "Real Madrid" "RB Leypsiq"də çıxış edən Fil Dişi Sahili millisinin yarımmüdafiəçisi Yan Diomandenin transferini həftə sonunadək tamamlamağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, keçidin ümumi dəyərinin 120 milyon avro olacağı gözlənilir. Müqavilədə, həmçinin performansdan asılı olaraq 15 milyon avroluq əlavə bonusların da yer alması nəzərdə tutulur.
Tərəflər arasında razılıq əldə edildikdən sonra keçidin rəsmi şəkildə elan olunacağı bildirilir.


