"Barselona" klubu komandanın ulduzuna ultimatum verib.
Offsideplus.az xəbər verir ki, katalonlar hücumçus Ferran Torreslə bağlı mövqeyini qətiləşdirib. Kataloniya təmsilçisinin rəhbərliyi futbolçuya bildirib ki, komandadan ayrılmaq niyyətindədir gərək bunu rəsmən kluba çatdırsın və dəyərləndirilməsi üçün rəsmi təklif təqdim etsin.
Hələlik PSJ klubundan Ferran Torres üçün "Barselona"ya heç bir rəsmi təklif daxil olmayıb və klub rəsmilərinin bəziləri belə bir təklifin gələcəyinə şübhə ilə yanaşırlar.
Kataloniya klubunun daxilində bəzi rəhbər şəxslər hesab edirlər ki, Ferran Torres ona olan maraqdan daha sərfəli yeni müqavilə əldə etmək üçün istifadə edir.
Eyni zamanda, "Barselona" rəhbərliyi futbolçunun Hansi Flikin rəhbərliyi altında ikinci hücumçu rolu ilə razılaşmamasına və inciklik göstərməsinə anlam verə bilmir. Klub hesab edir ki, Ferran Torresin hazırda "Barselona"dakı rolu İspaniya milli komandasındakı statusu ilə tam eynidir — belə ki, milli komandada da əsas heyət oyunçusu Mikel Oyarzabal sayılır.



