Britaniyalı televiziya aparıcısı və "Arsenal" azarkeşi Pirs Morqan "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeşin tezliklə komandaya qoşulacağından məmnunluğunu ifadə edib.
Offsideplus.az xəbər verir ki, daha əvvəl "Arsenal"ın Gimaraeşi 70+10 milyon funt sterlinqə transfer edəcəyi bildirilmişdi və tərəflər demək olar ki, razılığa gəliblər.
"Çox böyük transferdir. Rays və Gimaraeş bizim yeni Vieyra və Petimiz olacaq", – deyə Morqan qeyd edib.


