Braziliyalı futbolçu Vinisius Juniorun "Real Madrid"lə yeni müqavilə danışıqları davam edir.

Offsideplus.az xəbər verir ki, Madrid klubu ona illik 22 milyon avro məvacib təklif edib.

Lakin futbolçu 30 milyon avro, müqavilə bonusu və bütün hüquqlarının ona məxsus olmasını istəyir.

Əgər tərəflər razılığa gəlməsə, "Real Madrid" braziliyalı oyunçunu 150 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Vinisiusun "kral klubu" ilə müqaviləsi gələn ilin yayında başa çatır.