Dünya futbolunda mübarizə aparan çempionatların reytinq siyahısı təqdim edilib.

Offsideplus.az xəbər verir ki, hazırlanan yeni siyahıda planetin en güclü 50 futbol liqasının yeri müəyyənləşib.


​Reytinqin zirvəsində gözlənildiyi kimi İngiltərə Premyer Liqası qərarlaşıb. İlk beşliyi sırasıyla İspaniya La Liqası, Almaniya Bundesliqası, İtaliya A Seriyası və Fransa Liqa 1 tamamlayır.

Cənubi Amerika qitəsinin ən güclü yarışması sayılan Braziliya A Seriyası siyahıda  6-cı sırada yer alaraq Top-5-liyə ən yaxın liqa olub. Diqqətçəkən məqamlardan biri isə İngiltərə 2-ci divizionu olan Çempionşipin (10-cu yer) bir çox ölkənin elit liqasını geridə qoymasıdır.

​Türkiyə Süperliqası siyahıda 25-ci pillədə qərarlaşıb. Son illər ulduz futbolçuların axın etdiyi Səudiyyə Ərəbistanı Pro Liqası 42-ci, ABŞ-nin MLS çempionatı isə 19-cu sırada yer alıb.

Dünyanın ən yaxşı 50 liqasının tam siyahısı:

  1. ​İngiltərə Premyer Liqası
  2. İspaniya La Liqası
  3. Almaniya Bundesliqası
  4. ​İtaliya A Seriyası
  5. ​Fransa Liqa 1
  6. ​Braziliya Seriya A
  7. Argentina Çempionatı
  8. Belçika Pro Liqası
  9. ​Portuqaliya Primeira Liqası
  10. İngiltərə Çempionşipi
  11. Polşa Ekstraklasası
  12. Danimarka Superliqası
  13. Kolumbiya Çempionatı
  14. Yaponiya J-Liqası
  15. Norveç Eliteseriyası
  16. ​Ekvador Liqa Pro
  17. ​İsveçrə Super Liqası
  18. ​Xorvatiya Liqası
  19. ABŞ MLS
  20. ​Paraqvay Çempionatı
  21. ​Meksika Liqa MX
  22. Niderland Erediviziyası
  23. ​İspaniya İkinci Divizionu (Segunda)
  24. ​Çexiya Birinci Liqası
  25. Türkiyə Süperliqası
  26. ​İsveç Allsvenskan
  27. Rusiya Premyer Liqası
  28. Almaniya 2-ci Bundesliqası
  29. Çili Çempionatı
  30. Yunanıstan Super Liqası
  31. Cənubi Koreya K-Liqası
  32. Uruqvay Çempionatı
  33. ​Macarıstan Liqası
  34. ​Avstriya Bundesliqası
  35. Kipr Liqası
  36. İtaliya B Seriyası
  37. Argentina İkinci Divizionu
  38. Rumıniya Liqası
  39. Mərakeş Botola Pro
  40. ​Fransa Liqa 2
  41. ​Şotlandiya Premyerşipi
  42. ​Səudiyyə Ərəbistanı Pro Liqası
  43. ​Boliviya Çempionatı
  44. Peru Liqası
  45. Əlcəzair Liqası
  46. Venesuela Çempionatı
  47. İngiltərə Liqa 1
  48. Misir Premyer Liqası
  49. Slovakiya Liqası
  50. ​Avstraliya A-Liqası