Avropanın aparıcı klubları yay fasiləsində bir-birinə qarşı yoxlama oyunları keçirəcək.

Offsideplus.az xəbər verir ki, "Milan" və "İnter" Avstraliyada üz-üzə gələcək. Milan derbisi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

"Çelsi" ilə "Yuventus"un qarşılaşması Honqkonqda (saat 15:30) baş tutacaq. PSJ səfərdə İspaniyanın "Malyorka" klubu ilə (saat 23:00) oynayacaq.

"Mançester Siti" isə Cənubi Koreya liqasının yığması ilə (15:00) qarşılaşacaq. "Arsenal" və "Betis"in oyunu Dublində (22:30) keçiriləcək.

Bundan başqa, "Napoli" "Osasuna" klubu ilə saat 20:30-da qarşılaşacaq.