UFC-nin yüngül çəkidə çempionu Castin Geycinin meneceri Ali Abdel-Aziz döyüşçünün gələcək planları barədə danışıb. Onun sözlərinə görə, Geyci bu il iki döyüş keçirib və istirahətə ehtiyacı var. Abdel-Aziz bildirib ki, Geyci hələ də yüngül çəkidə mütləq çempiondur və rəqiblər onu izləməlidirlər. Menecer əlavə edib ki, Geyci yalnız çox böyük bir döyüş üçün qəfəsə qayıtmaq istəyir.
Offsideplus.az xəbər verir ki, Abdel-Aziz bu barədə belə deyib: "2027-ci ildə Geycini qəfəsdə görəcəyik. O, böyük, hətta çox böyük bir döyüşə çıxmaq arzusundadır. Hansı döyüşün böyük olduğunu isə Dana Uayt müəyyənləşdirir. Əgər Geyci bu gün karyerasını bitirsəydi, mən çox xoşbəxt olardım, çünki o, hər şeyə nail olub. Amma qəfəsə yenidən çıxmaq istəsə, bunu yalnız özü qərar verəcək. Sonda bu, həqiqətən möhtəşəm bir döyüş olmalıdır". Qeyd edək ki, iyun ayında keçirilən turnirdə Geyci İliya Topuriyanı texniki nokautla məğlub edərək ilk dəfə UFC-nin yüngül çəkidə tamhüquqlu çempionu olub.


