Ötən mövsümü “Karvan-Yevlax”da keçirən Elvin Yunuszadə Türkiyə 1-ci liqa təmsilçisi “Boluspor”a transfer olub.
Təcrübəli müdafiəçi karyerasının qürub çağında legioner həyatı yaşaması ilə bağlı bunları Offsideplus.az-a açıqlamasında bunları deyib:
“İki variantım var idi - Türkiyə və Asiya klubları. Buranı seçməkdə səbəb o oldu ki, mentalitetləri yaxındır, dilimiz birdir. Liqanın özü də yüksək səviyyəlidir. Düşündüm ki, mənim üçün daha doğru qərar, həmçinin fərqli təcrübə olar”.
Qeyd edək ki, Elvin 5 qat Azərbaycan çempionudur.


