"Qarabağ" - "Dinamo" (Kiyev) oyununun biletləri satışa çıxarıldı. 

Offsideplus.az xəbər verir ki, bu gün saat 12:00-dan etibarən biletlər satışdadır.

Biletlər iTicket-in rəsmi saytı və mobil mağazalarındadır. 

Standart biletlərin qiyməti 5,10,15,20 AZN, VİP sektorlar 50, 75, 100 AZN, VVİP sektorların qiyməti isə 150 azn təşkil edir. 

Qeyd edək ki, cavab qarşılaşması avqustun 13-də keçiriləcək.