Rusiyanın "Lokomotiv" klubunun yarımmüdafiəçisi Aleksey Batırakovun agentləri futbolçunun "Qalatasaray"a transferi üçün 7-8 milyon avro komissiya istəyir.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi bu məbləği yüksək hesab edib və maliyyə şərtlərinin azaldılması üçün danışıqlar aparır. Daha əvvəl "Qalatasaray" Batırakovun transferi ilə bağlı "Lokomotiv"ə rəsmi müraciət göndərmişdi, lakin Moskva klubu yarımmüdafiəçinin transferini müzakirə etməyə hazır olmadığını bildirmişdi.