Gürcüstan millisinin təcrübəli forvardı Tornike Şengeliya karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Dubay" klubunda davam etdirəcək. 34 yaşlı basketbolçu qarşıdakı 2026/27 mövsümündən etibarən yeni komandasının heyətində çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, Şengeliya ötən mövsüm "Barselona"nın heyətində uğurlu çıxışı ilə yadda qalıb. O, EuroLeague-də 34 oyunda orta hesabla 12,4 xal və 4,6 ribaund toplayıb. İspaniya çempionatında isə 40 matçda meydana çıxaraq hər görüşdə 11,2 xal əldə edib və komandasının finala yüksəlməsində mühüm rol oynayıb. "Barselona" ilə müqaviləsini vaxtından əvvəl pozmaq üçün Şengeliya kluba təxminən 1 milyon avro kompensasiya ödəyib. Təcrübəli forvard 13 mövsüm ərzində beş fərqli klubun heyətində EuroLeague-də çıxış edib, həmçinin üç mövsüm EuroCup-da oynayıb. "Dubay" Şengeliyanın təcrübəsindən və liderlik keyfiyyətlərindən faydalanacaq.