AFFA-nın Yarışları Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Avropa Liqasının 3-cü təsnifat mərhələsində avqustun 11-i keçiriləcək "İberia" (Gürcüstan) - "Larne" (Ş.İrlandiya) oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, görüş Tbilisidə "Mixail Mesxi" stadionunda keçiriləcək.


