“Deportivo” “Roma”nın müdafiəçisi Anhelinyonu heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə icarə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.


Bu barədə yeni mövsümdən La Liqada çıxış edəcək "Deportivo"nun mətbuat xidməti məlumat yayıb.

Müqaviləyə ispan oyunçunu satın almaq hüququ da daxil edilib. Müdafiəçinin “Roma” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.