“Real”ın braziliyalı ulduzu Vinisius Juniorun gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klubla futbolçu arasında yeni müqavilə danışıqları davam etsə də, tərəflər maliyyə şərtləri ilə bağlı hələlik tam razılığa gələ bilməyiblər. 

Hazırda Vinisiusun “Real”dan ayrılmaq ehtimalı var. Bu halda Londonun “Arsenal” klubu onun üçün əsas namizəd hesab olunur. İngiltərə təmsilçisi braziliyalını heyətinə qatmaq üçün ciddi maraq göstərir. 

Qeyd edək ki, Vinisius Juniorun hazırkı müqaviləsinin müddəti başa çatmaq üzrədir.