NBA-nın ən dəyərli oyunçularından biri olan Joel Embiid-in fiziki hazırlığı azarkeşlər arasında böyük maraq doğurub. "Filadelfiya Seventi Siksers"in mərkəz oyunçusunun məşqlərdən yayılan yeni foto və videoları sosial şəbəkələrdə geniş müzakirə olunur. İzləyicilər Embiid-in əvvəlkindən daha arıq və formada olduğunu vurğulayıblar.

Offsideplus.az xəbər verir ki, klubun basketbol əməliyyatları üzrə prezidenti Mayk Gensi Embiid-in tam bərpa olunduğunu və yeni mövsümə heç bir məhdudiyyət olmadan başlayacağını açıqlayıb.