UFC-nin yüngül çəkidə çempionu Aleks Volkanovski mümkün titul qarşılaşması barədə danışıb. O, Movsar Evloyevlə döyüş ehtimalını şərh edərkən bildirib ki, hələ heç nə dəqiqləşməyib, lakin böyük ehtimalla növbəti rəqibi məhz Evloyev olacaq.

Offsideplus.az xəbər verir ki, Volkanovski bu səbəbdən güləş məşqlərinə daha tez başlamağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, "bu döyüş üçün güləşə indidən hazırlaşmaq lazımdır". Volkanovski ilə Evloyev arasında qarşılaşmanın 24 oktyabrda Əbu-Dabidə keçiriləcək UFC 333-də baş tutacağı gözlənilir.