Serbiya milli komandası avqust ayında keçiriləcək FIBA Dünya Kubokunun seçmə oyunları üçün heyətini açıqlayıb. Baş məşqçi Duşan Alimpiyeviçin dəvət etdiyi 18 nəfərlik siyahıya NBA ulduzu Nikola Yokiç başçılıq edir.
Offsideplus.az xəbər verir ki, Serbiya yığmasının heyətində həmçinin Nikola Yoviç, Nikola Milutinov, Aleksa Avramoviç, Marko Quduriç, Deyan Davidovaç və Oqnyen Dobriç də yer alıb. Komanda hazırlıqlara 13 avqustda start verəcək və 20, 23 avqust tarixlərində Belqradda Fransa ilə iki yoldaşlıq oyunu keçirəcək. Serbiya seçmə mərhələnin ikinci raunduna 28 avqustda Belqrad Arenada İslandiyaya qarşı başlayacaq, daha sonra isə 31 avqustda Pesaro şəhərində İtaliya ilə qarşılaşacaq. Heyətə Nemanya Danqubiç, Aleksa Avramoviç, Deyan Davidovaç, Oqnyen Dobriç, Yovan Novak, Marko Quduriç, Nikola Milutinov, Luka Mitroviç, Duşan Ristiç, Nikola Tanaskoviç, Stefan Momirov, Ariyan Lakiç, Nikola Curisiç, Nikola Yoviç, Nikola Yokiç, Mixailo Petroviç, Nikola Kusturitsa və Nikola Dçepina daxil edilib.


