İspaniyanın "Real" klubu yeni transferini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi Fildişi Sahili millisinin futbolçusu Yan Diomandeni Almaniyanın "Leyptsiq" klubundan transfer edib.
Klub bu keçid üçün 125 milyon avro ödəyib, daha 15 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. 19 yaşlı futbolçu ilə 2033-cü ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Diomande 2025-ci ilin yayında İspaniyanın "Leqanes" klubundan "Leyptsiq"ə keçib. O, Almaniya komandasında müxtəlif turnirlərdə 36 oyuna çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


