UFC-nin "Şöhrət Zalı"nın üzvü Daniel Kormye təşkilatda baş vermiş şübhəli döyüşlə bağlı xatirələrini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Kormye şərhçi olduğu bir qarşılaşmada döyüşçünün ən sadə müdafiə üsullarını belə tətbiq etmədiyini və zəif təsir bağışladığını bildirib: "

Sonradan məlum oldu ki, o, döyüşü qəsdən uduzmağa çalışırmış. Şübhəli mərc hərəkətliliyinə görə FTB (FBI) artıq arenada idi və araşdırma aparırdı".

Söhbət İsak Dulqaryanın (Isaac Dulgarian) UFC-də ilk raundda tabe etmə ilə uduzduğu döyüşdən gedir. Həmin qarşılaşmadan sonra Dulqaryanın təşkilatla müqaviləsinə xitam verilib və o, Nevada Atletika Komissiyası tərəfindən diskvalifikasiya olunub.

Kormye UFC-nin belə hallara qarşı dərhal tədbir gördüyünü və döyüşlərin həmişə şəffaf olmalı olduğunu vurğulayıb.