"Mançester Siti"nin və İspaniya milli komandasının aparıcı mərkəz yarımmüdafiəçisi Rodri karyerasını İspaniya La Liqasında sürdürməyə çox yaxındır.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı ulduz futbolçu "Barselona"nın idman direktoru Deko və baş məşqçi Hansi Fliklə danışıqlardan sonra Kataloniya klubuna keçməyə razılıq verib.

Transfer addımının son təfərrüatları:

  • Hansi Flikin müdaxiləsi: Almaniyalı baş məşqçinin Rodriyə şəxsən zəng edərək komandadakı taktiki planlarını və idman layihəsini izah etdiyi, futbolçunu "Kamp Nou"ya gəlməyə inandırdığı bildirilir.

  • Rəsmi təklif agentdədir: "Barselona" rəhbərliyi futbolçunun agentinə rəsmi müqavilə şərtlərini təqdim edib və şəxsi müqavilə detalları üzrə razılığa gəlinib.

  • "Mançester Siti" ilə təmaslar: "Barselona" eyni zamanda "Mançester Siti" rəhbərliyi ilə əlaqə yaradıb. İngiltərə klubunun futbolçunun qərarına hörmətlə yanaşacağı və təxminən 60-70 milyon avro civarında bir təkliflə transferə yaşıl işıq yandıracağı gözlənilir.

  • "Real Madrid" variantı geridə qaldı: Daha əvvəl "Real Madrid"lə danışıqlar aparan Rodri Madrid klubunun şərtləri uzatmasından sonra üstünlüyü "Barselona"ya verməyə qərar verib.