"Barselona" Mərakeşdə yerli "İttihad Tanjer" klubu ilə keçirilməsi planlaşdırılan yoxlama oyununu ləğv edib.
Offsideplus.az xəbər verir ki, bu qərar İspaniyanın Seuta şəhərində yaranmış miqrasiya böhranı ilə əlaqədar verilib. Klubun açıqlamasında bildirilib ki, 15 avqustda Tanjer şəhərində baş tutmalı olan qarşılaşmanın hazırkı qeyri-müəyyən şəraitdə keçirilməsi məqsədəuyğun hesab olunmayıb.
Məlumata görə, "Barselona" bu oyunda iştirak üçün 4,5 milyon avro almalı idi.
Qeyd edək ki, iyulun 30-da Afrikanın şimal sahilində yerləşən, İspaniyaya məxsus Seuta şəhərinə kütləvi miqrant axını başlayıb. On minlərlə insan qeyri-qanuni şəkildə İspaniyaya keçib, bir çoxu sonradan Mərakeşə qayıdıb.


