NBA klublarından birinin baş meneceri Lebron Ceymsin "Filadelfiya Siksers"də mümkün çıxışını skeptik dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, o. bildirib ki, Lebron hələ də Lebron olaraq qalır və bəzən əvvəlki oyununu xatırladır. Lakin elə bir dövr gələcək ki, biz onun liqada həddindən artıq uzun müddət qaldığını düşünəcəyik.
Menecer əlavə edib: "Bir gün yəqin ki, "onun "Siksers"də oynadığı vaxtı xatırlayırsınız?" deyə soruşacaq və buna güləcəyik".
Qeyd edək ki, növbəti mövsüm LeBron Ceyms üçün 24-cü olacaq və həmin vaxt o, 42 yaşını qeyd edəcək.


