"Sabah" və "Qarabağ"ın avrokuboklardakı potensial rəqibləri 3-cü təsnifat mərhələsindəki ilk oyunlarını keçiriblər.
Offsideplus.az xəbər verir ki, "Benfika" "Harts"ı Lissabona gəlməyinə peşman edib və 6:1 hesablı qələbə qazanıb.
"Sabah" əgər Çempionlar Liqasında mübarizəni dayandırsa, Avropa Liqasının pley-off mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq.
"Tvente" isə "Dunayska Streda"ya şans tanımayıb - 6:0.
Qeyd edək ki, bu cütün qalibi Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" - "Dinamo" (Kiyev) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.


