Luka Donçiçin keçmiş nişanlısı Anamariya Qoltes Sloveniya məhkəməsinə yeni iddia ərizəsi təqdim edib.
Offsideplus.az xəbər verir ki, o, ümumilikdə 50 milyon dollar məbləğində ödəniş tələb edir.
bu addım Qoltesin 2026-cı ilin avqust ayının əvvəlində Los-Anceles Ali Məhkəməsindən aliment tələbi ilə bağlı əvvəlki müraciətini geri götürməsindən dərhal sonra atılıb. Qoltes əvvəlcə məsələni sülh yolu ilə, uşaqların mənafeyi naminə qarşılıqlı razılaşma ilə həll etmək istədiyini bildirmişdi.
İddia olunan 50 milyon dolların 40 milyonunu şəxsi istifadəsi üçün, 10 milyonunu isə iki qızları – Qabriela və Oliviyanın saxlanması üçün tələb edir.
O, həmçinin "Leykers"in ulduzunun övladları ilə həftədə iki gün deyil, bir gün görüşməsini istəyir. Hazırda Sloveniya məhkəməsində Donçiç övladlarına tam ortaq qəyyumluq hüququnun tanınmasına çalışır.
Donçiç və Qoltes təxminən on il birlikdə yaşayıb və iki qız övladı böyüdürlər.


