Ceylen Braun "Filadelfiya Siksers"in yeni oyunçusu kimi təqdim edildikdən sonra keçmiş komanda yoldaşı Ceyson Teytumla münasibətləri barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o bildirib ki, birlikdə qazandıqları çempionluq onları ömürlük bir-birinə bağlayıb və bu münasibətdə həm yaxşı, həm də çətin anlar yaşanıb.
Braun vurğulayıb ki, Teytuma yalnız hörmət bəsləyir və ancaq "Filadelfiya Siksers"ə qarşı oynadığı hallarda ona azarkeşlik etməyəcək.
O, Teytumla transferdən sonra danışıb-danışmadıqları barədə suala belə cavab verib:
"Xüsusi bir söhbətimiz olmayıb".
Qeyd edək ki, ulduz forvardlar "Boston Seltiks"də 9 mövsüm birgə çıxış edərək kluba 2024-cü ildə çempionluğa seviniblər.


