"Atletiko" klubu "Tottenhem"in müdafiəçisi Kristian Romeronun transferi ilə bağlı danışıqlara start verib.
Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu ötən yay da "Atletiko"ya keçməkdə maraqlı olub. Bu yay isə Romeronun transfer imkanını "İnter" də nəzərdən keçirib. "Arsenal" da onunla maraqlanıb.
Bununla belə, "Tottenhem" prinsipial rəqibinə oyunçunu satmaq niyyətində deyil. Klub həmçinin "Arsenal"ın Romeroya görə rəsmi sorğu göndərdiyini təkzib edib.
K. Romero 2021-ci ildən "Tottenhem"də çıxış edir. O, burada 156 oyun keçirib və 13 qol vurub.


