"Gəncə" basketbol klubu Mirməcid İsmayılov ilə müqavilənin müddətini yeniləyib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Gəncə basketbol məktəbinin yetirməsi ilə qarşıdakı mövsümün sonuna kimi anlaşma imzalanıb.
21 yaşlı basketbolçu hücumçu (forvard) mövqeyində oynayır.


