"Ağ Ev"də keçirilən UFC turnirində Aleks Pereyra ilə Siril Qan arasındakı müvəqqəti ağır çəki titul döyüşü qalmaqalla yaddan qalıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın ikinci raundunda Qan Pereyraya ardıcıl zərbələr endirib. Təkrar görüntülər və Pereyranın başındakı hematomlar zərbələrin bir hissəsinin qadağan olunmuş nahiyəyə - başın arxasına vurulduğunu göstərib. Lakin referi Herb Din qayda pozuntusuna müdaxilə etməyib.
Tanınmış hakim Vyaçeslav Kiselyov epizodu şərh edərkən bildirib ki, belə məqamlarda referi şifahi xəbərdarlıq edir və idmançı zərbə istiqamətini dəyişərsə, görüş davam etdirilir. Onun sözlərinə görə, braziliyalı idmançı etiraz etmədiyi və döyüşə davam etdiyi üçün qarşılaşma saxlanılmayıb.
Buna baxmayaraq, A. Pereyra matçdan sonra başındakı zədələrin fotosunu paylaşaraq Herb Dinin işdən uzaqlaşdırılmasını tələb edib.


