Hansi Flik Rodri transferində həlledici rol oynayıb

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis əvvəlcə klub rəhbərliyindən ispaniyalı yarımmüdafiəçinin transferini xahiş edib, daha sonra isə şəxsən yarımmüdafiəçi ilə əlaqə saxlayaraq onu "Barselona"nın layihəsinə inandırıb. Bundan sonra 30 yaşlı futbolçu Kataloniya klubuna keçməyə razılıq verib.

Flik hesab edir ki, xüsusilə Çempionlar Liqasının vacib matçlarında və Robert Levandovskinin gedişindən sonra komandaya Rodri kimi təcrübəli lider lazımdır.

"Barselona" rəhbərliyi isə bu transferin Mark Bernalın inkişafına mane olmayacağını və sıx qrafikdə rotasiya imkanı yaradacağını düşünür.

Qeyd edək ki, "Real Madrid" də Rodri ilə maraqlansa da, ispaniyalı futbolçu Flklə söhbətdən sonra "Barcelona"nı seçib.