"Minnesota Timbervolvz"un baş məşqçisi Kris Finç yeni transfer Lamelo Bollun komandaya verəcəyi faydalardan danışıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis ötən mövsüm Entoni Edvardsı oyunqurucu mövqeyində oynatmaqla onun işini çətinləşdirdiklərini etiraf edib:
"Edvards bu rolda yaxşı çıxış etsə də, pley-offda rəqiblər ona qarşı daim ikili müdafiə tətbiq edirdilər. Biz onu öz təbii mövqeyinə - topsuz hücum xəttinə qaytarmalıyıq. Lamelo meydanda olanda komanda yoldaşlarının atış dəqiqliyi kəskin artır. O, fenomenal istedaddır və bizə məhz belə bir əlaqələndirici basketbolçu çatışmırdı".
Finç əlavə edib ki, Bollun gəlişi mərkəz oyunçusu Rudi Qoberin de səbət altında (havadan asılan paslarda - "alley-oop"larda) daha təhlükəli olmasına imkan yaradacaq.


