"Fənərbağça" klubu uzun müddətdir axtarışında olduğu hücumçunu tapıb.

Offsideplus.az xəbər verir ki, Aleksandr Sörlot "sarı-lacıvərdlilər"ə transfer olmaq istədiyini bildirib.

O, bu keçidə "yaşıl işıq" yandırıb.

Bu barədə jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.

"Atletiko" norveçli hücumçu üçün 40 milyon tələb edir.

Hazırda "Fənərbağça" rəhbərliyi bu keçidin mümkünlüyünü araşdırır.

Hər şey yolunda getsə, Sörlot İstanbul nəhənginin yeni mərkəz hücumçusu olacaq.