Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia DÇ-2026-da milli komandaya qarşı məqsədli kampaniyanın aparıldığını bildirib.

Offsideplus.az xəbər verir ki, o, açıqlamasında bunları söyləyib:

"Məni narahat edən odur ki, sanki bəzi insanlar milli komandanın uğur qazanmasını istəmir. Sanki kimisə insanların küçələrə çıxıb bayram etməsi qıcıqlandırır. Onlar komandanın əleyhinə birləşiblər. Hər oyundan əvvəl hansısa əməliyyat aparılırdı. Xüsusilə İngiltərə ilə yarımfinal qarşılaşmasından əvvəl xüsusi bir ab-hava vardı. Rulli mənə dedi ki, biz qalib gələcəyik.

Oyunçular xalqı məyus etmək istəmirdi. Bu, bizim mütləq qazanmalı olduğumuz oyun idi. İngiltərə üzərində qələbə Qətərdə keçirilən dünya çempionatının finalı ilə eyni səviyyədədir. Heç vaxt xalq bu komanda sayəsində bu qədər sevinc yaşamamışdı. Yeddi il ərzində insanlar bu komandaya həqiqətən bağlandı".

Qeyd edək ki, Argentina millisi finalda İspaniyaya məğlub olaraq mundialı 2-ci yerdə başa vurub.