PSJ 2027-ci ilin yayında qapıçılarından biri ilə yolları ayırmağı planlaşdırır
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi "Parma"dan Zion Sudzukini təxminən 35 milyon avroya transfer etməyə yaxındır.
23 yaşlı yapon qapıçının gələn mövsüm icarə əsasında "Yuventus"a göndəriləcəyi, bir ildən sonra isə PSJ-yə qaytarılacağı gözlənilir.
Bu transferdən sonra Luka Şevalye və ya Matvey Safonovun Paris klubunu tərk edəcəyi ehtimal olunur.
Hazırda heyətdə əsas qapıçı statusunu Safonov daşıyır. Yanvarda əsas heyətdəki yerini itirən Şevalye isə klub rəhbərliyinə komandada qalmaq və əsas qapıçı statusunu geri qaytarmaq istədiyini bildirib


