"Azərbaycan Şahmat Turu" çərçivəsində növbəti turnir Qubada təşkil olunacaq.
Offsideplus.az xəbər verir ki, yarış 3–10 sentyabr tarixlərində keçiriləcək və İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.
Turnirin ən güclü A qrupunda hazırkı vaxtadək 11 ölkədən 133 şahmatçı qeydiyyatdan keçib.
Onların arasında azərbaycanlı qrossmeyster Misrətdin İsgəndərov da var.
"Quba Open" turnirinin ümumi mükafat fondu 24 420 manat təşkil edəcək.


