Niderlandlı mütəxəssis Con vant Sxip Qazaxıstan milli komandasının baş məşqçisi postuna təyin olunub.

Offsideplus.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası onunla razılıq əldə edib. 

Futbolçu karyerası dövründə van t Sxip "Ayaks", "Cenoa" və Niderland millisində çıxış edib. O, 1988-ci ildə Avropa çempionu olub.

Məşqçi kimi fəaliyyətinə "Ayaks" akademiyasında başlayan Vant Sxip sonradan Amsterdam klubuna, "Tvente", "Zvolle", "Qvadalaxara" və "Melburn Siti"yə rəhbərlik edib. Milli komandalar səviyyəsində isə Yunanıstan və Ermənistan yığmalarında çalışıb.