"Atletiko" klubu Aleksandr Sörlotla yolları ayırmaq imkanlarını nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, klub norveçli hücumçunun transferindən təxminən 40 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Sörlot Türkiyə çempionatına keçidə açıqdır, lakin yalnız sərfəli müqavilə təklif olunacağı halda bu variantı dəyərləndirəcək.

Məlumata görə, o, "Atletiko"dan ayrılsa, Madrid təmsilçisi onu serbiyalı hücumçu Duşan Vlahoviçlə əvəzləməyə çalışacaq. Vlahoviç "Yuventus"dan ayrıldıqdan sonra azad agent statusundadır və ona "Beşiktaş" da maraq göstərir.

Sörlot ötən mövsüm La Liqada 13 qol vurub. Vlahoviç isə A Seriyada 19 oyunda 7 dəfə fərqlənib.