Milli komandamızın hücumçusu Nəriman Axundzadə bu ilin qışından etibarən MLS təmsilçisi “Kolambus Kryu”nun formasını geyinir.

22 yaşlı hücumçunun okeanın o tayına yollanmasından bəri azarkeşlərin maraqla gözlədiyi matç avqustun 2-də “İnter Mayami”yə qarşı keçirilən qarşılaşma idi. Gənc futbolçumuzun Lionel Messiyə qarşı meydançaya çıxması gözlənilsə də, bu baş tutmayıb.

Onun agenti Offsideplus.az-a açıqlamasında hücumçunun matçda iştirak etməməsini belə izah edib:

“Nəriman transfer pəncərəsi bağlananadək komandasından ayrıla bilər. Məhz bu səbəbdən onun adı oyunun iştirak ərizəsinə daxil edilməyib. Yaxın günlərdə bu barədə geniş məlumat veriləcək”.

Qeyd edək ki, Nəriman Axundzadənin "Transfermarkt" portalındakı bazar dəyəri 2 milyon avrodur.