"Dukati" komandasının baykeri Mark Markes şənbə günü sprintdəki uğurundan sonra Yaponiyadakı əsas yarışda da qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, premyer-klassın 7 qat çempionu yarışa ikinci sırada başlayıb və mövsümün lideri, "Apriliya" sürücüsü Xorxe Martini geridə qoyub. Finiş xəttini üçüncü sırada isə Martinin komanda yoldaşı Marko Betsekki keçib.
Bu qələbə sayəsində Markes çempionatdakı ümumi xal fərqini Xorxe Martinlə minimuma - 2 xala endirib.


